Ümumdünya Meteorologiya Gününün şüari: “İnformasiya dövründə hava, iqlim və su”

post-img

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə 1961-ci ildən etibarən Ümumdünya Meteorologiya Günü qeyd olunur. Bu dəfə Günün şüarı belədir: “İnformasiya dövründə hava, iqlim və su”.

Qeyd edək ki, 1950-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Konvensiyası qüvvəyə minib və təşkilatın yaranması elan edilib. ÜMT-nin təsis ili isə onun sələfi sayılan Beynəlxalq Meteorologiya Təşkilatının (İMO) yaradıldığı 1873-cü il hesab olunur. 1951-ci ildə İMO Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumuna çevrildi və Ümumdünya Meteorologiya Təşkilatı adlandırıldı. O vaxtdan təşkilat meteorologiyanın beynəlxalq mahiyyətini daha dolğun şəkildə əks etdirir. Hazırda 187 dövlət və altı ərazi ÜMT-nin üzvüdür.

Təşkilat hava, iqlim və su məsələləri ilə məşğul olur və onun üzvü olan ölkələr uzun illərdir ki, atmosferin, qurunun, dənizlərin, okeanların, çayların vəziyyəti barədə əməliyyat məlumatları mübadiləsi apararaq uğurla əməkdaşlıq edirlər. Bunun əsasında hava proqnozları və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar tərtib olunur.

XQ

 

Ekologiya