“Tasnim” agentliyinin məlumatına görə, ABŞ və İsrail təyyarələri bu gün İranın Buşehr şəhərindəki Buşehr Meteorologiya Xidmətinin binasına havadan zərbələr endiriblər.
Məlumatda deyilir ki, bina iki dəfə – səhər obaşdan və günortaya yaxın vurulub. Meteoroloji xidmətinin rəhbəri Yusuf Sobhaninesib həlak olub. Xidmətin baş direktoru Peyam Musaidi verdiyi açıqlamada Buşehr Meteorologiya Xidmətinin binasına hücumun martın 23-də – Ümumdünya Meteorologiya Günündə həyata keçirildiyini xüsusi olaraq vurğulayıb.

