“Anadolu” agentliyinin yaydığı məlumata əsasən, Baş nazir Robert Qolobun Azadlıq Hərəkatı Partiyası cüzi fərqlə qalib gəlib. İqtidar partiyası 90 yerlik parlamentdə 29 yer, ana müxalifət Sloveniya Demokratik Partiyası (SDS) isə 28 mandat alacaq.
Sloveniya Dövlət Statistika Kolitəsinin ilkin məlumatlarına görə, səslərin 99,85 faizi hesablandıqdan sonra hakim partiya 28,62 faiz səs toplayıb. Keçmiş baş nazir Janez Yanşanın rəhbərlik etdiyi SDS isə səslərin 27,95 faizini əldə edib.
Az fərqlə qalib gələn R.Qolobun partiyası 90 yerlik parlamentdə 29 yer, SDS isə 28 mandat əldə edəcək. Azadlıq Hərəkatı və SDS-dən başqa, daha beş partiya baryeri keçməyi bacarıb.
XQ

