FNH köməksiz vəziyyətdə qalanları xilas edib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhərinin Nərimanov rayonunda da 1 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində nəzarətsiz qalmış uşağın xilası təmin edilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat