Ağcabədidə 8 ədəd minik avtomobili yanıb

post-img

Ağcabədi rayonunun Qaradolaq kəndində “КАМАЗ” markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələri yanıb. Məlumatı FHN mətbuat xidməti verib. 

Qoşqu yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

P.ƏMİRCANOV
XQ

Hadisə