Abşeron və Binəqədi rayonunda oğurluq edən şəxslər saxlanılıblar

post-img

Abşeron rayonunda bir nəfərə məxsus 2300 manat dəyərində mobil telefon oğurlanıb.

Bu barədə XQ-yə DİN-dən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Abdullayev saxlanılıb. 

Binəqədi rayonunda isə yeni tikilməkdə olan evlərin birindən təmir-tikinti alətləri və metal borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı N.Bağırov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Hadisə