Aprelin 12-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.
U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.
Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kiloqramda Hüseyn Mustafazadə 2-ci, İlkin Qurbanov isə 3-cü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub
Qabil YUSİFOĞLU
XQ

