Tələbə-gənclərin fəallıq həftəsi

post-img

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Gənclik həftəsi 2” layihəsinə start verilib.

BDU-dan “XQ”-yə bildirilib ki, 4 gün davam edəcək layihədən məqsəd tələ­bələrin dünyagörüşlərinin artırılması, asu­də vaxtlarının səmərəli keçirilməsi, onlara könüllülük dəyərlərinin aşılanmasıdır.

Açılış mərasimində çıxış edən univer­sitetin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov qeyd edib ki, sabahın ali təhsilli mütəxəssislərinin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün belə vacib layihələrin təşkili davamlı olacaq. “Gənclik həftəsi 2” çərçivəsində BDU tələbələri dərsdən sonrakı vaxtlar­da intellektual əyləncələrə qatılacaq, ya­rışlarda qüvvələrini sınayacaq, təlimlərdə iştirak edəcəklər. 

Layihədə fəallığı ilə fərqlənən gənc­lərə sertifikat və hədiyyələr veriləcək.

XQ

Sosial həyat