Qarabağ Zəfərinin qaranquşu

post-img

Azərbaycan Ordusunun işğalçı Ermənistana savaş xəbərdarlığı

Prezident, Ali Baş Komandan İlham Əliyev 2016-cı ilin ya­zında baş verən Aprel döyüş­lərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandırıb. Bu döyüşlə­rin nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının böyük əraziləri işğaldan azad edilib, 2020-ci ildə qazanılan Böyük Zəfərinin təməli qoyulub.

Düz 8 il əvvəl aprelin ilk günlərin­də Qarabağda təcavüzkar Ermənistan ordusunun növbəti təxribatının nəticəsi olaraq, bu hərbi əməliyyat başlanıb və vətənpərvər oğullarımız düşmən tap­dağında olan 2 min hektardan çox əra­zimizi işğaldan azad edib, strateji əhə­miyyətə malik bir çox yüksəklikləri, yolları nəzarət altına alıblar. Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüv-vəsi məhv edilib. 4 gün davam etmiş döyüşlər Silahlı Qüvvələrimizin haqq işi xəbərdarlığı, qüdrət və qələbə anon­su olub, dərin hərbi və siyasi məzmunu ilə tarixə yazılıb. Məhz bu döyüşlərlə biz dünyaya göstərdik ki, torpaqları­mızı öz gücümüzə işğaldan tamamilə azad edə bilərik və əgər ermənilər BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dinc yolla, qeyd-şərtsiz əməl etməsələr, elə də olacaq. 

Amma Azərbaycan Ordusunun Qarabağ zəfəri ilə bağlı dönməz iradə­sinin ifadəsi olan Aprel döyüşlərindən sonra 4 il ərzində işğalçılar əraziləri­mizi tərk etmədilər, əksinə, daha da azğınlaşaraq yeni torpaqları zəbt etmək xülyasına düşdülər. Nəticədə, 2020-ci ilin payızında 44 günlük Zəfər yürüşü­müz başlandı və Silahlı Qüvvələrimi­zin möhtəşəm qələbəsi ilə sona yetdi. 

...Məlum döyüş əməliyyatları apre­lin 1-dən 5-dək davam edib. İgid hərb-çilərimiz Tərtərin Talış kəndi ətrafın­dakı yüksəklikləri, Cəbrayılın Lələtəpə yüksəkliyini azad ediblər və bununla da ermənilərin hədəfindən çıxan Cocuq Mərcanlı kəndinin başı üzərindən qara buludlar dağılıb. Əhalinin Cocuq Mər­canlıya köçü başlayıb ki, bu da Qaraba­ğa Böyük Qayıdışın ilk müjdəsi olub. 

Beləcə, Aprel döyüşləri sayəsin­də ümiddən inama, inamdan qələbəyə doğru yol almışıq. Prezident İlham Əliyevin dediyi kimi, əgər o zaman istəsəydik, daha da irəli gedərdik. Amma bir qədər də səbr etməyi, er­mənilərin, nəhayət, ağıllanaraq, baş verənlərdən ibrət götürməsi üçün vaxt verməyi üstün tutduq ki, onların hava­darları haqq işimizə ağız büzməsinlər. Sonra baş verənlər bunun müdrik ad­dım, düzgün strategiya olduğunu sübut etdi. Onsuz da siyasi və iqtisadi cəhət­dən çökən Ermənistan bu bivecliyinin, arxayınçılığının cəzasını ağır şəkildə ödəmək zorunda qaldı. 

Mənfur düşmən axırda vəziyyətin son dərəcə ciddiləşdiyini görərək, dər­hal xarici dövlətlərə, beynəlxalq təşki­latlara yalvarmağa başladı ki, ay aman, qoymayın, bizi diz çökdürürlər. Uzun xahiş-minnətdən sonra Azərbaycan rəhbərliyi bir daha sülhpərvərlik və hu­manizm prinsiplərinə sədaqətini nüma­yiş etdirərək, hərbi əməliyyatların da­yandırılmasına razılıq verdi. Bir şərtlə ki, işğalçılar tezliklə şələ-külələrini yığışdırıb torpaqlarımızdan rədd olsun­lar. Təəssüf ki, ara sakitləşəndən sonra erməni faşizmi yenə də öz ampluasında qaldı, separatçılar Qarabağı tərk etmək istəmədilər. Nəticəsi də nankor qonşu­larımız üçün çox acınacaqlı oldu. Rəşa­dətli ordumuz 2020-ci ildə işğalda olan torpaqlarımızı qısa müddətdə bir-bir azad etdi. Bu dəfə də atəşkəsi ilk po­zan erməni tərəfi idi. 2016-cı ilin aprel “dərs”indən – yaz “qulaqburma”sından ibrət götürməyən işğalçı ordunun başı üstündə 2020-ci ilin payız “şimşək”ləri çaxdı. Qarabağın və Şərqi Zəngəzurun hər tərəfində Azərbaycan bayraqları dalğalandı. Böyük itkilər verən düş­mən noyabrın 10-da kapitulyasiya ak­tına qol çəkməli oldu beləliklə də onun ordusunun məğlubedilməzliyi barədə mif birdəfəlik dağıdıldı. 

Böyük Zəfər oratoriyamızın pre­lüdü sayılan Aprel döyüşlərinin əsas özəlliyi budur ki, geniş bir ərazini nə­zarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi böl­mələrimizin nəzarəti altına keçib. Dö­yüş zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəm­ləndirilmiş mühəndis qurğuları məhv edilib, eləcə də düşmənin 500-dən artıq hərbçisi öldürülüb və yaralanaraq zəlil günə düşüb. Biz bu yüksəlişə Ali Baş Komandanımızın sərkərdəlik məharəti və igidlərimizin hünəri ilə nail olmu­şuq. “N” saylı hərbi hissənin koman­diri Şükür Həmidov və Xüsusi Təyi­natlı Qüvvələrin polkovnik-leytenantı Raquf Orucovun qəhrəmanlıqları əsl dastana çevrilib. 

Şükür Həmidov 1993-cü ildə 18 yaşında ikən Qubadlıdan didərgin düşərək ailəsi ilə Sumqayıta pənah gətirmişdi. Aprel döyüşləri zamanı “Lələtəpə”nin alınması zamanı xüsu­silə fərqləndi, buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il ta­rixli sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Polkovnik Şükür Həmidov 2020-ciilin sentyabrında başlanan Vətən mü­haribəsində də mərdliklə vuruşub, ok­tyabrın 22-də isə doğulub boya-başa çatdığı Qubadlı rayonunu düşməndən təmizləyərkən qəhrəmancasına həlak olub. Dəfn mərasimi zamanı dövləti­mizin başçısı İlham Əliyev telefon va­sitəsilə qəhrəmanın atasına dərin hüzn­lə başsağlığı verib. Mərasimdə iştirak edən Müdafiə naziri Zakir Həsənov isə şəhidin tabutu üzərində olan Azərbay­can bayrağını əbədi xatirə olaraq onun ailəsinə təqdim edib. Şükür Həmido­vun ölümündən sonra layiq görüldüyü “Zəfər” ordeni və medallar onun şərəfli döyüş yolunun nişanələridir... 

Digər hərbi hissə komandiri Raquf Orucov isə 2016-cı il aprelin ayın 4-də Ağdərə rayonunun Talış kəndinin er­məni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Ertəsi gün Sumqayıt Şəhid­lər xiyabanında onun dəfn mərasimin­də minlərlə insan, Müdafiə Nazirliyi­nin üst rütbəli zabitləri iştirak ediblər. Ölümündən sonra “İgidliyə görə” me­dalı ilə təltif olunan Raquf Orucovun düşmən arxasına keçərək erməni alay komandirinin oğlunu əsir götürməsi və bunun sayəsində əsir düşən 5 əs­gərimizin xilas olmasından bəhs edən “Komandir”, eləcə də ibrətamiz, şərəfli həyat yolunun qələmə alındığı “Murov qartalı” adlı maraqlı kitablar yazılıb...

İlk dəfə olaraq Qarabağ uğrunda Aprel döyüşləri işğal edilmiş ərazilə­rin azad olunması məsələsinin həllində Azərbaycan Silahlı Qüvvələrinin artan imkanlarını və qətiyyətini nümayiş et­dirdi. Döyüşlər qısa müddət davam etsə də, əməliyyatlar zamanı burnu ovulan erməni ordusu strateji təşəbbüsü əldən verdi, onun sıralarında çoxsaylı fərari­lik halları müşahidə edildi, inamsızlıq baş alıb getdi.

Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyi Aprel döyüşlərindəki məğ­lubiyyətdən düzgün nəticə çıxara bil­məməsi ilə özünün siyasi cəhətdən ko­rafəhmliyini, bəsirətsizliyini dünyaya göstərmiş olsa da, Aprel hadisələrin­dən dərhal sonra bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılma­sı üçün təcavüzkara lazımi siyasi təz­yiq tətbiq etmək istəməməsi, xüsusilə də başlıca missiyası münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan ibarət olan ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti 2020-ci ildə ermənilər üçün cəhənnəm girdabına çevrilən İkinci Qarabağ müharibəsinin alovlanmasına səbəb oldu.

...Hər il aprelin 1-də Milli Qəh­rəman Şükür Həmidovun yaşadığım Sumqayıt şəhərindəki abidə-lövhəsini ziyarət edirəm. Bu, həm Aprel döyüş­lərinin başlandığı, həm də qəhrəma­nın dünyaya gəldiyi gündür. Fəxrlə xatırlayıram ki, polkovnik Həmidov 2016-cı ildə, öz doğum gününün gecəsi başlanan Aprel döyüşlərinin qəhrəma­nı olub. Onun öncül iştirakı ilə Azər­baycan ordusu ermənilərin qurduğu keçilməz Ohanyan səddini cəmi 18 dəqiqəyə yara bilib.

Gənclik şəhərindəki Şəhidlər xi­yabanında isə ölməz qəhrəman Raquf Orucovu da yad edirəm. Raquf hərbi xidməti dövründə həmişə ön cəbhədə Vətənə qulluq edib. Məzarının üstü daim gül-çiçək olan igid komandi­rin ruhuna ziyarətçilər böyük ehtiram göstərirlər. 

Şükür Həmidov və Raquf Orucov da, onların Aprel döyüşlərində şəha­dətə qovuşmuş 89 silahdaşı da təməli Zəfər salnaməmizin ilk sətirlərini qan­ları ilə yazıblar və hər biri misilsiz qəh­rəmanlıq simvoluna çevrilib. 

Əli NƏCƏFXANLI
XQ





Sosial həyat