Oksford universitetinin alimləri insult və infarkt riskini artıran içkilər üzrə elmi araşdırmanı yekunlaşdırıblar. Onlar yüksək şəkərli içkilərin ürək-damar xəstəlikləri riskini artırdığını sübut ediblər.
Tədqiqat müddətində 100 min insanın qida vərdişləri təhlil edilib. Onların rasionunda 206 növ qida, 32 növ içki olub. Tədqiq olunan növlər şəkər, sərbəst və sərbəst olmayan şəkər və liflərə bölünüb. Bundan sonra 9 il ərzində müşahidə aparılıb.
Həmin müddətdə müşahidə aparılan 10 min insanda infarkt və insult baş verib. Xəstələrin qida rasionu analiz edilib və aydın olub ki, ümumi karbohidratların çox qəbulu heç də ürək-damar xəstəliklərinə səbəb olmur.
Sərbəst şəkərin qəbulu ürək-beyin damarlarına daha çox təsir edir. Bu isə qazlı içkilər, meyvə şirələri və südlü kokteyllərdə daha çoxdur.
Alimlər bu qənaətə gəliblər ki, sərbəst şəkərdən alınan hər 5 faiz enerji infarkt və insult riskini 10 faiz artırır.
Z.HÜSEYNLİ
XQ