Narkotikdən istifadə etdiyi üçün sürücülük hüququnu itirdi

post-img

Martın 14-də saat 15 radələrində Abşeron rayonu ərazisində “BMW” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən bildirilib ki, sürücü A.Məmmədxanovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə A.Məmmədxanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs olunub.

P.ƏMİRCANOV
XQ

Sosial həyat