Siyəzən və Qubada avtomobillər qaçırılıb

post-img

Martın 14-nə keçən gecə Siyəzən şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Kazımov avtomobillə saxlanılaraq Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə martın 14-də Barlı kəndi ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

 Hər iki faktla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə