"Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist Dürdanə Qaraşovanın Cəbrayılın ilk şəhidi Çingiz Musa oğlu Qasımova həsr edilmiş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib.  

Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın bütün bölgələri kimi, Cəbrayıl rayonunun qəhrəman övladlarının əzmlə mübarizə apardıqlarının bildirildiyi toplantıda vurğulanıb ki, Ç.Qasımovla bağlı kitab xatirələr toplusudur. Tədbir iştirakçıları Azərbaycanın suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının xatirələrinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin yazılmasının və digər tədbirlərin görülməsinin vacibliyini əsaslandırmaqla yanaşı, onların döyüş yolun əks etdirən filmlərin çəkilməsinin də əhəmiyyətinə toxunublar.

Toplantıda şəhidin ailə üzvləri Ç.Qasımov ilə bağlı xatirələri bölüşərək,  tədbirin məhz mədəniyyət ocağı olan Gənclər  Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduqlarını qeyd ediblər.

Yazı-publisist D.Qaraşovanın müəllifi olduğu “Cəbrayılın ilk şəhidi” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib.



Sosial həyat