Putin: Rusiyanın dostları düşmənlərindən çoxdur

post-img

Rusiyanın düşmənindən çox dostu var, bular biri və ya digəri olmaq da eyni dərəcədə şərəflidir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin martın 4-də Moskva meri Sergey Sobyaninlə görüşündə deyib. Məlumatı “İzvestiya.ru” verib. 

Mer bildirib ki, “düşmənlərin hiylələrinə baxmayaraq” Moskvada hər şey yaxşı gedir. Bununla yanaşı, paytaxtda ötən ilin nəticələri bütün müasir tarixdə ən yaxşılarındandır.

“Ancaq daha çox dostumuz var. Başqa bir məşhur ifadə var: həm dostumuz, həm də düşmənimiz olması eyni dərəcədə şərəflidir”, - deyə prezident əlavə edib.

Putin qeyd edib ki, Rusiyaya yönəlmiş təhdidlər boş deyil və bunu nəzərə almaq lazımdır.

Qeyd edək ki, Putin fevralın 16-da bildirmişdi ki, Rusiya dost ölkələrlə beynəlxalq ittifaqları genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, bir ölkənin ərazisində “hər şeyi özümüzün istehsal etməyimiz mümkün deyil”, lakin Rusiya Federasiyası ölkənin texnoloji suverenliyini gücləndirmək üçün problemləri həll etməyə davam edəcək.

 

P.ƏMİRCANOV

XQ

Dünya