Rusiya Xarici İşlər Nazirliyi NATO-nu təxribatda ittiham edib

post-img

Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya NATO-nun davam edən "Nordic Response 24" təlimini izləyir. "Kommersant" xəbər verir ki, o, alyansın hərbi manevrlərini təxribat adlandırıb.

“Biz inanırıq ki, bu təlimlər nümayişkaranə şəkildə təxribat xarakterlidir. İstənilən təlimlər, xüsusən də təmas xəttinə coğrafi yaxınlıqda hərbi insident riskini artırır”, - Qruşko bildirib.

O, deyib ki, Rusiya müdafiə qabiliyyətinin təmin edilməsi baxımından bütün lazımi tədbirləri görüb. Norveçdə Finlandiya və İsveçin də iştirak etdiyi silsilə təlimlər may-iyun aylarının sonuna kimi davam edəcək.

İsveç və Finlandiya 2022-ci ilin mayında Rusiyanın hərbi əməliyyatı fonunda NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya 4 aprel 2023-cü ildə alyansa üzv olub. Türkiyə İsveçin  NATO-ya qəbulunu yanvarın 25-də, Macarıstan parlamenti isə fevralın 26-da təsdiqləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun genişlənməsi ilə əlaqədar Rusiyanın əlavə silahlar yerləşdirəcəyini bildirib.

S.ELAY

XQ

Dünya