Oğrular aşkarlanaraq saxlanılıb

post-img

M.Ə.Rəsulzadə qəsəbəsində 2 evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlanıb. Binəqədi RPİ 7-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Əliyev müəyyən olunaraq saxlanılıb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsinin əməkdaşları isə müxtəlif vaxtlarda Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan 1900 manat pul, 800 manat dəyərində danışıq kartları və tütün məmulatı, bir şirkətdən 1000 manat dəyərində avadanlıq, ehtiyat hissələri və elektrik kabelləri oğurlamaqda şübhəli bilinən C.Qorçuyev, T.Salahov, Ş.Mustafayev, E.Quliyev və P.Nağıyev saxlanılıblar. 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının çantasından pul, qızıl boyunbağı və mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Qibləliyev müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat