Ermənistan: Hakimiyyət son dərəcə təhlükəli oyun oynayır

post-img

Ermənistanın hazırkı hakimiyyəti KTMT, Aİİ və digər inteqrasiya strukturları ilə bağlı son dərəcə təhlükəli oyun oynayır. Bunun da ağır nəticələri ola bilər.

Bu barədə ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyan Ermənistan mətbuatına müsahibəsində deyib.

“Xarici siyasət vektorunun bir komponentinin dəyişdirilməsi kifayət deyil, dəyişiklik olarsa, bütün komponentləri diqqətlə dəyişmək lazımdır və yalnız bir komponentin dəyişdirilməsi ölkəmiz üçün dağıdıcı ola bilər. Çünki Ermənistan hakimiyyətinin xarici siyasət vektorunu dəyişmək üçün atdığı addımlar təkcə siyasi deyil, həm də iqtisadi nəticələrə səbəb olacaq”, - deyə A.Karapetyan bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya