Alimlər xərçənglə bağlı məşhur mifi dağıdıblar

post-img

Böyük Britaniyanın Cancer Research (dünyanın ən böyük müstəqil xərçəng tədqiqat təşkilatı) mütəxəssislərinin fikrincə, cib telefonları və digər cihazlardan gələn elektromaqnit şüaları və ya radio dalğaları, hətta cihaz bədənə yaxın istifadə edildikdə belə, xərçəngə tutulma riskini artıra bilməz. Bu barədə "Daily Mail" qəzeti xəbər verir.

Cib telefonlarının mobil qüllələrdən radio dalğalarını qəbul etdiyi və onları elektrik siqnallarına çevirdiyi məlumdur. Bu o deməkdir ki, mobil rabitə radiotezlik diapazonunda ionlaşdırıcı olmayan şüalanma kimi təsnif edilən elektromaqnit dalğaları yaradır.

Belə bir rəy var ki, cib telefonları bədənə yaxın aparıldıqda (məsələn, şalvarın cibində) cib telefonlarından radiotezlik şüalanması xərçəng xəstəliyinin inkişaf riskini artıra bilər. Mütəxəssislər bildiriblər ki, elementar hissəciklər axını kimi ionlaşdırıcı (rentgen və qamma radiasiya) radiasiya DNT-ni zədələməklə xərçəngə səbəb ola bilər. Telefonlardan gələn ionlaşdırıcı olmayan radiasiya hüceyrə səviyyəsində DNT strukturuna birbaşa zərər vermək üçün kifayət qədər enerjiyə malik deyil. Üstəlik, onun potensial "zərərliliyi" cihazın bədənə nə qədər yaxın olmasından asılı deyil.

S.ELAY

XQ

 

 

Sosial həyat