Tərəvəz – yoxdur ona əvəz

post-img

Tam yetişmiş bəzi tərəvəz və meyvələr orqanizmə çiy halda daha çox fayda verir. Qastroenteroloq Yana Kartayeva tərəvəzlərin termiki işlənməsi qaydaların­dan danışaraq deyib ki, çox bişiriləndə, faydalı mad­dələri azalır. Ona görə tərəvəzlərin ocaqda, sobada qalması müddəti maksimum az olmalıdır.

Bu üsula sadəcə buxarda bişirmək və pörtlətmək aiddir. Vitamin və minerallar daha çox suda qaynatma zamanı itir.

Həkim deyib: “Burada incəlikləri bilmək lazımdır: tərəvəzləri suyu çox olan qabda qaynatmayın, əgər im­kan varsa, onları qabıqlı hazırlayın, doğramayın, qayna­yan suya salıb 5 dəqiqə sonra çıxarın və ya şorba hazır olana yaxın tərəvəzləri əlavə edin”. 

Həkim bildirib ki, pörtləmə özü də mikrolementləri parçalayır. Tərəvəzlər üçün ən doğru yol buxarda bişiril­məsidir. Bu zaman tərəvəz dadlı olmasa da, faydalı olur. Sobada yağsız bişiriləndə tərəvəzlər rəngini, dadını, faydasını itirmir, öz şirəsində bişir. Tərəvəzi perqament kağızda, gil qabda bişirmək olar. Suyu çox olan, şirəli tərəvəzlər – pomidor, badımcan, bibəri qızartmaq olar.

Bəzi tərəvəzləri duza qoyduqda, daha çox faydalı olur. Onlar bağırsaq mikroflorasını tənzimləyir. Kələm, xiyar, gül kələm, pomidor şorabası probiotik təsiri verir. Tərkibində B9 və C vitamini olan tərəvəzlər çiy yeyil­məlidir, çünki, istiliyin təsirindən faydası itir. Narıncı, qırmızı çuğundur, kök, pomidor isə yüksək temperatura davamlıdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat