Oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənddə keçirilən UNESCO baş konfransının 43-cü sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın UNESCO-nun baş konfransına ev sahibliyi etməsi münasibət ilə təbriklərini çatdırıb.
Görüş zamanı strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafı ilə bağlı fikir mübadiləri aparılıb.
Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.
Daşışıqlar zamanı beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin regional inkişaf məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Səmərqənd

