20,9 min nəfərin məşğulluğuna dəstək

post-img

44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək pake­ti çərçivəsində onların məşğulluğuna yardım işləri aparılır.

Postmüharibə dövründə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və mühari­bə iştirakçıları olan 20 min 900 nəfər ak­tiv məşğulluq proqramlarına cəlb edilib.

Onlardan 10 min 400 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 9 min 900 işsiz münasib işlə təmin edilib. Həm­çinin 642 nəfər peşə hazırlığına cəlb olu­nub. Onlar kurslarda müxtəlif peşələrə yiyələndikdən sonra müvafiq işlə təmin olunacaqlar. 

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat