Penitensiar xidmətdə yeni kadrlarla görüş

post-img

Fevralın 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətində rəhbər vəzifələrə irəli çəkilən, habelə orta rəis heyətinə, o cümlədən keçirilən müsabiqələrdə uğur qazanaraq təyinat alan 40-dək əməkdaşla nazirlikdə görüş keçirilib.

Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Fikrət Məmmədov tədbirin ölkə Prezidenti İlham Əliyevin andiçmə mərasiminin keçirildiyi günə təsadüf et­məsinin onu xüsusilə əlamətdar etdiyini vurğulayıb. 

Görüşdə ədliyyə sistemində aparı­lan ardıcıl islahatlara toxunularaq pe­nitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbir­lərdən danışılıb. Bildirilib ki, aparılan is­lahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir. Ötən dövrdə şəffaf seçimlər əsasında yüksək hazırlıqlı əksəriyyətini gənclər təşkil edən 3500 nəfərə yaxın şəxs qulluğa qəbul olunub. Bu zaman şəhid ailələrinə və müharibə iştirakçıla­rına qayğı və həssaslıqla yanaşılıb.

Ədliyyə nazirinin müavini – Peni­tensiar xidmətin rəisi Mirsaleh Seyidov təyinat alanların onlara göstərilən eti­madı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını söyləyib. 

XQ

Son xəbərlər