Yaxın günlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun “Aysedoranın üç həyatı” pyesi əsasında hazırlanan "Aysedora" monotamaşası təqdim olunacaq.
Məşhur amerikalı rəqqasə Aysedora Dunkanın keşməkəşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.
“Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyevna canlandırır.
Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.
Sergey Yeseninin şeirlərinin səsləndirildiyi tamaşada dünya şöhrətli bəstəkarlar Raxmaninov, Bethoven və digərlərinin əsərlərindən istifadə olunub.
XQ