Şamaxıda psixonevroloji xidmət

post-img

Sosial Xidmətlər Agentliyinin Şa­maxı şəhərində yerləşən 2 saylı Psixo­nevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan son­ra fəaliyyətini davam etdirir. Bu barə­də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumat­da bildirilir. 

Qeyd edilir ki, ümumi ərazisi 1,27 hektar olan müəssisənin üçmərtəbəli korpusu əsaslı təmir olunmaqla, ərazidə üçmərtəbəli, 112 çarpayılıq daha bir yeni korpus da inşa edilib, çarpayı sayı artırı­lıb. Bununla da müəssisə eyni vaxtda 174 sakinə müvafiq xidmətlərin göstərilməsi üçün bütün zəruri ifrastruktur və şəraitlə təmin olunub. Tibb otaqları, yeməkxa­na, 3 idman zalı, kitabxana, emalatxana və müvafiq reabilitasiya şöbələri müasir tələblərə uyğunlaşdırılıb. 

Müəssisədə psixi və yüngül formalı əqli pozuntuları olan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabi­liyyətli qohumları və ya qanuni nümayən­dələri olmayan 18 yaşdan yuxarı şəxs­lərə stasionar formada sosial xidmətlər göstərilir. Hazırda burada 83 əlil dövlət qayğısı ilə əhatə olunur. 

Ümumilikdə, agentliyin Bakı və Gən­cə şəhərlərində, Göygöl və Şamaxı ra­yonlarında olmaqla 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyətinə da­vam edir. Həmin müəssisələrdə sakinlərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixolo­ji xidmətlər göstərilir. 

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat