Füzuli: köçkünlük ağrıları arxada qalıb

post-img

Füzuli rayonunda həyat yenidən canlanır. Yaşayış məntəqələri abadlaşdırılır, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. İndiyədək Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. 

Hazırda sakinlərin yaşadıq­ları mənzillərdə hər cür şərait yaradılıb. Binaların daxili quru­luşu, mənzillərin daxili dizaynı, mərtəbəlilik prinsipi, həmçinin binaların bir-birindən aralı olma­sı kimi amillər diqqətdə saxla­nılıb. Yəni rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. 

Təhsil, səhiyyə, istirahət və digər məsələlərlə bağlı problem­lər də həll edilir. Bundan başqa, ərazinin ekoloji tarazlığının bər­pasına xüsusi önəm verilir. Məhz bu işlər çərçivəsində Füzuli şəhərində 22,4 hektar sahədə Mərkəzi Parkın salınması əra­zidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, Fü­zuli sakinlərinin, şəhərin qonaq­larının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək. Ekoloji turizmin stimullaşdırılma­sı ilə yanaşı, bioloji müxtəlifliyin qorunub saxlanılmasında mü­hüm rol oynayacaq. 

Hazırda Qarabağ Dirçə­liş Fondunun sifarişi əsasın­da Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantı­lardan təmizlənməsi və ərazi­nin müvəqqəti hasara alınması işləri davam etdirilir. Görülən işlər zamanı ərazidə mövcud olan ağacların qorunmasına da xüsusi diqqət yetirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Ekologiya və Tə­bii Sərvətlər Nazirliyi tərəfindən parkın salınacağı ərazidə mo­nitorinq keçirilib. Monitorinqin nəticəsi ilə bağlı verilən müva­fiq rəyə uyğun olaraq Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə qurumun əməkdaşlarının, parkın tikintisi üçün layihə-sme­ta sənədlərini hazırlayan “By Medgalchi” şirkətinin cəlb etdiyi ekspertlərin və təmizlik işlərinin icraçısı olan “RAMCO” QSC şirkətinin müvafiq nümayən­dələrinin iştirakı ilə ərazidə apa­rılan növbəti monitorinqlər za­manı saxlanılması tələb olunan 80-dən çox ağac müəyyənləşdi­rilib və onların qorunması üçün müvafiq işlər görülüb. Ərazidə olan dağdağan, göyrüş, zoğal, fındıq, sofora, ağcaqayın, qoz, o cümlədən Azərbaycan Res­publikasının “Qırmızı Kitab”ına düşmüş Şərq çinarı, əncir və nar ağacları xüsusi nəzarətə götürülərək işarələndikdən sonra ətrafı hasara alınıb və onlara zəruri aqrotexniki qullu­ğun göstərilməsi qərara alınıb. Eyni zamanda, parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandi, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçi­nin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.

Park şəhər sakinlərinin asu­də vaxtlarının səmərəli keçiril­məsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranma­sına və qorunub saxlanmasına da şərait yaradacaq. Bu barə­də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Füzuli Mərkə­zi Parkının konsept-layihəsi Pre­zident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələ­ri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzu­li sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çev­riləcək.

Parkın salınması zamanı nəzərə alınacaq müasirliyin və milli-mədəni irsin vəhdəti Füzu­li şəhərinin daha da gözəlləş­məsinə xidmət etməklə yanaşı, bölgənin ekoloji tarazlığının bər­pasına da böyük töhfə verəcək. Burada istirahət zonaları, multi­funksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zona­lar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr, kafe-restoranlar və digər obyektlərin yaradılması nəzərdə tutulub. Fiziki imkanları məhdud olan insanlar, uşaqlar və yaşlı insanlar üçün rahat şərai­tin yaradılması nəzərdə tutulub. Qeyd olunan məsələ ilə bağlı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunub.

Parkın ərazisindəki giriş və çıxışlarda məlumat lövhələri­nin quraşdırılması, pandusların düzgün nəzərə alınması, sanitar qovşaqlarının əlçatan olması, uşaqlar üçün qum meydança­larının yaradılması, Füzuli ra­yonunun və Qarabağın tarixini əks etdirən məlumat lövhələri və qapalı əyləncə məkanlarının tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, Böyük Qayı­dış Proqramımızın birinci mər­hələsinin sonunda – 2026-cı ildə 22 min insan Füzuli rayonunda yaşayacaq. 2040-ci ilədək Fü­zuli şəhərində 50 min vətənda­şımızın məskunlaşacağı göz­lənilir. Əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq. Mərkəzi parkın yaradılması şəhər sakinlərinin asudə vaxt­larının səmərəli keçirilməsinə imkan yaradan məkana çevril­məklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaqdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Füzuli

Sosial həyat