Talamada və oğurluqda şübhəli bilinənlər saxlanıb

post-img

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini N.Quliyev saxlanılıb.

Masazır qəsəbəsi ərazisində isə təkər təmiri sexlərinin birindən 2200 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Teymurov saxlanılıb.

Araşdırmalarla onun Hökməli qəsəbəsi ərazisində digər təkər təmiri sexindən 750 manat pul oğurlaması da müəyyən olunub.

P.ƏMİRCANOV
XQ

Sosial həyat