Quşlar da yurda dönüb...

post-img

Hər şeydən Vətən yaxşı. Bu adi bayatı misrası yox, isti qoynundan uzaqlaşan kimi bütün varlığınla hiss edə, duya biləcəyin bir yaşantıdır.

Əbəs yerə ana Vətən demirik ki?

Əbəs yerə bizə doğma olan ünvanı ata ocağı, ata yurdu adlandırmırıq ki?

Vətən bizim üçün ana qucağı, ata ocağı kimi əziz­dir, müqəddəsdir, əvəzolunmazdır.

Amma görünür ki, təkcə bizim üçün yox...

Bəs işğaldan azad olunandan sonra quşla­rın ağaclarda cüt-cüt, iki-iki, üç-üç yuva qurma­ğına nə deyəsən?

Haqq savaşında qazanılan möhtəşəm qələ­bədən sonra hansı bölgəyə üz tutsan, oradakı ağacların budaqlarında quşların yuvaları ilə üzləşmək mümkündür. Deməli, təkcə sakinlər deyil, quşlar da öz isti yuvalarına dönmək həs­rətində imişlər.

Necə deyərlər, hər kəsə öz Vətəni, hər quşa öz yuvası...

Süleyman QARADAĞLI

Sosial həyat