Narışkin: NATO Rusiya Federasiyasını silahlı münaqişə perspektivi ilə qorxutmağa çalışır

post-img

Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin Qərbdə Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı bəyanatlara münasibət bildirib. Onun fikrincə, bu, “Qərbin hazırkı hibrid təcavüzü”nə haqq qazandırmaq üçün aparılan informasiya müharibəsinin bir hissəsidir, həmçinin birbaşa toqquşma riski ilə Rusiyanı qorxutmaq cəhdidir. Onun sözlərinə görə, Rusiya və onun rəhbərliyi “məqsədlərindən əl çəkməyəcək”.

“Bu həm də, əgər istəsəniz, Rusiyanı NATO bloku ilə birbaşa silahlı münaqişə perspektivi ilə qorxutmaq cəhdidir. Qərblilər öz döyüşkənliyini, Rusiyaya təsir etmək ümidi ilə səfərbərliyə hazır olduqlarını vurğulayırlar ki, Rusiya, Rusiya Federasiyasının siyasi rəhbərliyi öz planlarından, xüsusi hərbi əməliyyat planlarından və məqsədlərindən əl çəksin”, - deyə cənab Narışkin RİA Novosti-yə bildirib.

NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer oktyabrda bildirmişdi ki, NATO 2024-cü ildə “Sabit Müdafiəçi” təlimində “Rusiyanın şərq cinahına mümkün müdaxiləsinə cavab tədbirləri görəcək”. 2024-cü ilin yanvarında cənab Bauer demişdi ki, alyans qüvvələri yaxın iki onillikdə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır. O, NATO ölkələrinin hakimiyyət orqanlarını və onların mülki əhalisini münaqişəyə və mümkün hərbi çağırışa hazırlaşmağa çağırıb.

S.ELAY

XQ

Dünya