52 saylı Yevlax seçki dairəsində məntəqə seçki komissiyalarının 330 üzvü treninqlərə cəlb olunub

post-img

Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində təşkil edilən treninqlərdə 52 saylı Yevlax seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının, ümumilikdə, 330 üzvünün iştirakı nəzərdə tutulur.

Dairə seçki komissiyasının sədri Yaşar Abbasov bildirib ki, treninqlər MSK-nın təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.

Aşağı seçki komissiyası üzvlərinə MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. Treninqlər yanvarın 23-də başa çatacaq.



Sosial həyat