Azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlar da səs verə biləcəklər

post-img

Azərbaycanda ilk dəfədir ki, prezident seçkiləri ölkənin suverenliyini və ərazi bütövlüyünün tam bərpa etdiyi şəraitdə keçirilir. 

XQ xəbər verir ki, bu sözləri politoloq, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib. 

O qeyd edib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Böyük Qələbə və Qarabağın azad edilməsi Azərbaycanı qalib ölkəyə çevirdi. Bayrağımız bu gün bütün Qarabağ və Şərqi Zəngəzur ərazilərində dalğalanır. Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdik! Bu gün keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına, orada onlar üçün yeni salınmış evlərə qayıdırlar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və inkişafı tam sürətlə həyata keçirilir. Bu dəfə ölkənin müasir tarixində ilk dəfə olaraq azad edilmiş ərazilərdə yaşayan vətəndaşlar da səs verə biləcəklər. Regionda yeni geosiyasi reallığı nəzərə alsaq, Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunacağını gözləmək olardı. Ötən prezident seçkilərinin keçirildiyi 2018-ci ildən indiyədək dövlətimiz region və ondan xeyli kənarda yerləşən ölkələrlə bir çox yeni sazişlər bağlayıb, etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirib. Hazırda Ermənistanla yekun sülh sazişinin imzalanması üzrə danışıqlar davam edir. Şanlı tariximizin bu mərhələsində nail olduğumuz güclü siyasi və iqtisadi sistem müstəqil Azərbaycanın gələcək inkişafının mühüm tərkib hissəsidir.

Anar ƏLİ

XQ

Siyasət