Zahid Oruc: Qarabağ Ermənistanın daxilində inzibati-siyasi minaya çevrilib

post-img

Qərbi Azərbaycana dönüşlə bağlı məsələnin Milli Məclisinin plenar iclasına çıxarılması xəbəri Ermənistanın informasiya məkanında kəskin daxili ittihamlar doğurub. Xüsusilə də son günlər özünü müşavir kimi təqdim edən Vladimir Qriqoryanın Azadlıq radiosuna müsahibəsində Samvel Şahramanyanı birbaşa məğlubiyyətdə ittiham rtməsindən sonra İrəvanda əsl siyasi qarşıdırma yaşanır. 

Zahid Oruc qeyd etdi ki, Qarabağ indi Azərbaycanın deyil, Ermənistanın daxilində yad cismə, inzibati-siyasi minaya çevrilib: “Yaxın günlərdə Şahramanyana və hibrid hökumətinə qarşı sui-qəsdlər istisna olunmur. Digər tərəfdən, Azərbaycanın hüdudlarından kənarda Qarabağ mühacirət hakimiyyəti ideyası rasional təfəkkürlü ermənilərin nəzərində 3-cü dövlətlərin imperiya maraqları və əbədi düşmənçilik tərəfdarlarının xeyrinə işləyir”.

STM sədri əlavə etdi ki, biz heç bir qonşu dövlətə hücum və ərazi iddiaları ilə yaşamırıq, çünki Azərbaycanın könül və siyasi coğrafiyasının 86.6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə ötürərək onların kollektiv, yaddaşını canlı tutmaq bu gün ən böyük vəzifədir. Qarabağ milli səfərbərlik idealı olduğu kimi, İrəvana dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir. Qarabag davası İrəvandan başlanmışdı, orada da bitəcək, Bakı və İrəvan yenidən mədəni, ticari və siyasi bağlarla birləşəcəkdir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat