STM sədri: "Böyük Qayıdış" həm də Qərbi Azərbaycana qayıdışdır

post-img

Qərbi Azərbaycan mövzusu Qarabağ müharibəsində qələbənin nəticəsidir. Əgər bu qələbə olmasaydı, Qərbi Azərbaycan mövzusu bu qədər sistemli şəkildə qabardılmazdı. 

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc "Qərbi Azərbaycan yolunda" konfransında çıxışı zamanı dedi.

Zahid Oruc bildirdi ki, Qarabağ müharibəsindəki qələbəmiz təkcə Qərbi Azərbaycan mövzusunu aktuallaşdırmır, bütün işğal olunmuş torpaqlarımıza qayıdışı önə çəkdi. 

STM sədri "Böyük Qayıdış" konsepsiyasını təkcə işğaldan azad edilmiş ərazilərə qayıtmaqla məhdudlaşdırmır: "Bu, həm də Qərbi Azərbaycana qayıdışdır". 

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Sosial həyat