Mədəni “aldadan” həb

post-img

Yeni həb mədə şirəsinə batırıldıqda aktivləşir və titrəyərək mədənin xəyali genişlənməsini yaradır. Cihazın ölçüləri 31x10 millimetrdir və kiçik mühərrikə və gümüş oksidli akkumulyatora malikdir.

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri ABŞ-ın Harvard Tibb Məktəbinin Brigham və Qadın Xəstəxanasının qastroenteroloqları ilə birlikdə artıq çəkidən xilas olmaq üçün yeni perspektivli vasitə – mədəyə yerləşdirildikdə onun fəaliyyətini modulyasiya edən titrəyici kapsul hazırlayıblar. Həb mədəyə düşdükdə reseptorları daraldır və toxluq hissi yaradır. Bu barədə “Science Advances” jurnalında məqalə dərc olunub.

İdeya ondan ibarətdir ki, bu təhlükəsiz və istifadəsi asan cihaz mədə dartınması illüziyasını yaratmaq üçün mexaniki stimullaşdırma və yeməkdən əvvəl toxluq hiss etməyə kömək edir. Mədə yemək zamanı uzanır, orqanın divarlarında sinir uclarına təsir edir, bu da beyinə insanın doyması barədə siqnallar göndərir.

Həbi daha da təkmilləşdirməyi və onun bədənə təsirini daha ətraflı öyrənməyi planlaşdırırlar. Xüsusilə də kapsulun arıqlamağa kömək etdiyini hələ təsdiqləmək mümkün olmayıb. Həbin effektliyi barədə dəqiq məlumatların iki-üç ildən sonra əldə ediləcəyi vurğulanır. 

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat