“Azərbaycanda Yeni il” Sankt-Peterburqda

post-img

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V.V.Mayakov­ski adına kitabxanada “Azərbaycanda Yeni il” adlı tədbir keçirilib. Tədbirin təşkilatçısı Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, türkoloq alim Şahnaz Kamal olub. Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə, Azərbaycan diasporunun üzvləri, kitabxananın oxucuları və şəhər sakinləri iştirak ediblər.

Tələbə və şagirdlərin rəngarəng musiqi nömrələri ilə çıxışları maraqla qarşılanıb.

Proqramda cari il Rusiyada Azərbaycan Milli Mədəni Muxtariyyətinin və Rusiyadakı Azərbaycan Qadınları Birliyinin birgə səyi nəticəsində keçirilən, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan poeziyasının inciləri” adlı şeir müsabiqəsinin iştirakçıları və qalibləri mükafatlandırılıb. Müsabiqədə Rusiyanın müxtəlif bölgələrindən olan 126 uşaq və gənc iştirak edib.

XQ

 

Son xəbərlər