Santa Klausun Yeni il səyahəti

post-img

Santa Klaus Milad bayramı münasibətilə dünyanın bütün ­qitələrini ziyarət edərək 6,7 milyona yaxın hədiyyə paylayıb. Bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (­NORAD) məlumat yayıb. 

Bildirilir ki, Santa Klaus Avropanın əksər ölkələrində olub. O, Rusiya, Avstraliya, Afrika, Şimali və Cənubi Amerikaya da səyahət edib. Santa Klaus hazırda ABŞ-nin qərbində səfərdədir.

Qeyd edək ki, “NORAD Tracks Santa” Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının himayəsi altında yaradılmış Milad proqramıdır. Şirkət 1955-ci ildən bəri hər il Milad bayramı ərəfəsində dünyanın müxtəlif guşələrindəki  uşaqlara hədiyyələr çatdırmaq üçün Santa Klausun səyahətini təşkil edir. 

Ənənəyə uyğun olaraq, Santa Klaus dünya səyahətinə dekabrın 24-də ­Milad ərəfəsində yola düşür. 

S. Fidan 
XQ

 

Dünya