Gün yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən dekabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 5-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Bəzi rayonlarda arabir duman olacaq Mülayim qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq. 

Q. QASIMOV 
XQ

 

Ekologiya