“Sabah”ın qış hazırlığı

post-img

“Sabah” futbol komandasının qış hazırlıq planı açıqlanıb. 

Klubdan “XQ”yə bildiriblər ki, komanda yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Paytaxt təmsilçisinin qardaş ölkədə 2 yoxlama oyununda iştirakı planlaşdırılır. Kollektiv “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq. Rəqiblər hələlik bəlli deyil.

Leyla SABİRQIZI 
XQ

 

İdman