Ümummilli liderin dünya şöhrəti solmazdır

post-img

Azərbaycanın görkəmli dövlət xadimi, ömrünü doğma xalqına xidmətə həsr eləmiş Heydər Əliyevin əziz xatirəsi dünyanın hər tərəfində hörmətlə anılır. Ulu öndəri təkcə bölgədə, postsovet məkanında deyil, bütün dünyada yaxşı tanıyır və ehtiramla yad edirlər. Bu insan Vətəni Azərbaycanı bütün dünyaya tanıtdıran əfsanəvi lider, fenomen şəxsiyyət kimi öz adını da milyonların qəlbinə həkk edib. 

Türkiyə

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı paylaşım edib. 

Bu barədə nazirliyin “X” hesabında bildirilib: “Azərbaycanın Ümummilli lideri mərhum Heydər Əliyevin vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik. Mərhum Heydər Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Biz onun vədini miras kimi nəsildən-nəslə ötürəcək, Azər­baycan türkü qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik”.

Dünən İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan tələbələr üçün təsis olunan “Heydər Əliyev təqaüdü” layihəsi ictimaiyyətə təq­dim edilib.

Ulu öndər Heydər Əliyevin anım tədbirləri çərçivəsində keçirilən təqdimetmə mərasimində Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilat­larının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayən­dələri iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TDT-nin Baş katibinin müavini Sədi Cəfərov, İbn Haldun Universitetinin rektoru Atilla Arkan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, azərbaycanlı alim Məsud Əfəndiyev bu təqaüd proqramının Türk dövlətləri birliyi baxımından böyük əhə­miyyət kəsb etdiyini bildiriblər. 

Layihə çərçivəsində hər il TDT-yə üzv və müşahidəçi ölkələrin hər birindən təhsil məqsədilə Türkiyəyə gələn bir tələ­bəyə “Heydər Əliyev təqaüdü” veriləcək.

Özbəkistan

Azərbaycanın Özbəkistandakı sə­firliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Ulu öndərin anım günü ilə əlaqədar tədbir keçirib.

Mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniy­yət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəl Azərbaycanın Özbəkistandakı səfirliyinin foyesində Ümummilli liderin büstü önünə əklil və gül dəstələri qoyu­lub, xatirəsi ehtiramla anılıb. İştirakçılar Heydər Əliyev haqqında buraxılan kitab və albomlarla tanış olduqdan sonra “Ulu öndər Heydər Əliyev fotoşəkillərdə” adlı sərgiyə baxış keçirilib.

Monitorda bu böyük siyasətçinin hə­yatı, dünya dövlətlərinin rəhbərləri ilə gö­rüşlərini əks etdirən videofilm göstərilib. 

Mədəniyyət Mərkəzinin direktoru Sa­mir Abbasov və səfir Hüseyn Quliyev Ulu öndərin xalq qarşısında xidmətlərindən­söz açıblar. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, diasporun üzvlərindən İsmayıl Məmmədov, Gülnarə Babacano­va və başqaları Heydər Əliyevin xatirəsi­nin daim qəlblərdə yaşayacağını bildirib, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən danışıblar.

Pakistan

Azərbaycanın Pakistandakı səfirliyi Ümummilli lider Heydər Əliyevin vəfatı­nın 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib. Səfirliyin əməkdaşları Ulu öndə­rin səfirlikdəki büstü önünə gül dəstələri qoyub və Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Ümummilli liderin anım günü ilə əlaqədar Pakistan Milli Kitabxanasın­da fəaliyyət göstərən Azərbaycan Mərkə­zində səfir Xəzər Fərhadov Milli Kitabxa­nanın rəhbərliyi və pakistanlı tələbələr qarşısında mühazirə oxuyub. Diplomat Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən söhbət açaraq ölkəmi­zin müstəqilliyinin qorunub saxlanılma­sında və inkişafındakı əvəzolunmaz fəa­liyyətindən bəhs edib. 

Sonda Heydər Əliyevin həyatı və fəa­liyyəti ilə bağlı videoçarx nümayiş etdiri­lib. Həmin gün “Camia Qasamia” məd­rəsə-məscid kompleksində ehsan süfrəsi təşkil olunub.

Macarıstan 

Azərbaycanın Macarıstandakı səfir­liyində Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil olu­nub. Ulu öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Səfir T.Tağızadə çıxış edərək, dahi şəxsiyyətin Azərbaycan tarixindəki ro­lunu Macarıstanın dövlət xadimləri inqi­labçı Layoş Koşut (Lajos Kossuth) və islahatçı Dyula Andraşi (Gyula Andrassy) ilə müqayisə edib, Heydər Əliyevin hər iki istiqaməti özündə birləşdirən siyasət ye­ritdiyini vurğulayıb. 

Rusiya

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günündə Həş­tərxanda Ulu öndərin abidəsi önünə əklil qoyulması mərasimi keçirilib.

Tədbirdə Həştərxan vilayəti hökuməti sədrinin müavini Denis Afanasyev, ha­kimiyyət orqanlarının, regional ictimai təşkilatların təmsilçiləri və şəhər sakin­ləri iştirak ediblər. D.Afanasyev mediaya açıqlamasında qeyd edib: “Biz ölkələri­miz arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verən Heydər Əliyevin xatirəsini hörmətlə anırıq. O, bi­zim regionun Azərbaycan ilə əməkdaşlı­ğının, çoxillik və səmərəli əlaqələrimizin təməlini qoyub. Bu əlaqələr sayəsində Azərbaycan bu gün Həştərxan vilayətinin əsas tərəfdaşlarından biridir”.

ABŞ

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Kaliforniyanın ən qədim məscidlərindən biri olan İnqlvud İslam Mərkəzində Ulu öndər Heydər Əliyevi anım mərasimi təş­kil edilib. 

Tədbirdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda döv­lət müstəqilliyinin inkişaf etdiyi, dini sa­bitliyin möhkəmləndiyi, müsəlman dün­yası ilə əlaqələrə töhfə verildiyi diqqətə çatdırılıb. Anım mərasimində çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş kon­sulu Ramil Qurbanov Ulu öndərin müdrik siyasətinin dasvamçısı olan Prezident İlham Əliyevin ölkəmizin öz ərazilərini düşmən işğalından qurtararaq, ərazi bü­tövlüyünü, suverenliyini tam təmin etdiyi­ni vurğulayıb.

Çin 

Ümummilli lider, görkəmli dövlət xadi­mi Heydər Əliyevin xatirəsi Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində anılıb. 

Çində yaşayan və təhsil alan soy­daşlarımızın qatıldığı tədbirdə çıxış edən səfir Bünyad Hüseynov həyatını qüdrət­li Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız qarşı­sındakı xidmətlərindən danışıb, onun tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi lider kimi düşdü­yünü deyib. Səfir Heydər Əliyevin Azər­baycan-Çin münasibətlərinin inkişafına verdiyi diqqətdən danışıb, Ulu öndərin 1994-cü ildə Çinə rəsmi səfərinin iki ölkə əlaqələrində xüsusi rol oynadığını deyib.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filo­logiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, AzTV-nın Çin və Şərqi Asiya ölkələri üzrə xüsusi müxbiri Afaq Cəfərova Ulu öndər Heydər Əliyevin dövlətimizin müstəqil­liyinin qorunmasında, ölkənin hərtərəfli inkişafı istiqamətində gördüyü nəhəng işlərdən danışıblar.

Gürcüstan

Tbilisidə Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar sərgi keçiri­lib. “Heydər Əliyev və müasir Gürcüstan” adlı sərgidə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Hey­dər Əliyev ili”-nə həsr olunmuş silsilə təd­birlərdən söz açıb.

Diplomat bildirib ki, Ulu öndər hər zaman Gürcüstana dost münasibəti bəs­ləyib, əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirib. O, Azərbaycanın haqq işinə dəstək verən gürcü qardaş və ba­cılara, həmçinin Gürcüstanda yaşayan soydaşlarımıza dərin minnətdarlığını bil­dirib. Səfir əmin olduğunu bildirib ki, gələ­cək nəsillər də Ulu öndərin ölməz xatirə­sini qəlblərində əziz tutacaqlar. 

Gürcüstan Xarici İşlər Nazirinin 1-ci müavini Laşa Darsalia çıxışında Ümum­milli lider Heydər Əliyevin xatirəsinə eh­tiramını göstərmək imkanından məm­nunluğunu ifadə edib. O, qeyd edib ki, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri bu gün strateji səviyyəyə yüksəlib. Gürcüstanda Ulu öndərin ana­dan olmasının 100 illiyi ilə bağlı çoxsaylı tədbirlərin keçirilməsi onun xatirəsinə bö­yük ehtiramın təzahürüdür. 

İsrail 

İsraildə fəaliyyət göstərən Azərbay­can Mədəniyyət Mərkəzində “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzu­sunda fotosərginin açılış mərasimi keçi­rilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Ulu öndərin keçdiyi həyat yolunu, siyasi fəaliyyətinin müxtəlif mərhələlərini, onun rəhbərliyi altında yəhudi millətindən olan Azərbay­can vətəndaşlarının ölkəmizin müxtəlif sahələrinə layiqli töhfələrini əks etdirən sərgi barədə ətraflı məlumat verib.

Tədbirin bədii hissəsində jurnalist Lyudmila Kiselyovanın və şair Mixail Sal­manın ifasında mahnılar və şeirlər səs­ləndirilib.

Belçika

Azərbaycanın NATO-dakı nümayən­dəliyində də Ulu öndəri anım mərasimi keçirilib. Bu barədə Azərbaycanın Al­yansdakı nümayəndəsi Cəfər Hüseynza­də “X” şəbəkəsində yazıb. 

Paylaşımda deyilir: “Azərbaycan Respublikasının NATO-dakı nümayəndə­liyi Azərbaycanın müasir dövlətçiliyini və güclü silahlı qüvvələrini quran Azərbay­canın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib. Dərin hörmət və ehtiramla yad edirik”.

Mərakeş 

Dünən Mərakeşin fransızdilli nüfuzlu “Al Bayane” qəzetində Azərbaycan xalqı­nın Ümummilli lideri Heydər Əliyevin xa­tirəsinə həsr edilmiş məqalə dərc olunub. 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, “Heydər Əliyev - Azər­baycan dövlətinin və onun Mərakeşlə əməkdaşlığının banisi” adlı məqalədə Ulu öndərin Azərbaycan xalqını dövrün tarixi və siyasi sınaqlarından uğurla çıxaran, onun müstəqilliyə aparan güclü şəxsiyyət olduğu vurğulanır, həmçinin Azərbaycan­la Mərakeş arasında münasibətlərin əsa­sının qoyulmasındakı rolundan bəhs edi­lir. Bu xüsusda Heydər Əliyevin 1994-cü ilin dekabrında İƏT-in Zirvə toplantısında iştirak etmək üçün Kasablankaya səfəri və bu çərçivədə Mərakeş Kralı II Həsənlə görüşünün tarixi əhəmiyyəti qeyd olunur.

İspaniya 

Azərbaycanın İspaniyadakı səfirli­yində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada yaşayan soy­daşlarımız, Madrid, Barselona, Valensiya və digər şəhərlərdə təhsil alan azərbay­canlı tələbələr iştirak ediblər.

Ölkəmizin İspaniyadakı səfiri Ramiz Həsənov və digər çıxışçılar Ulu öndərin ölkəmizin bütövlüyü, xalqımız həmrəyliyi uğrunda müdrik siyasətindən, respubli­kamızın müstəqilliyinin qorunub-saxlan­masındakı əvəzolunmaz rolundan bəhs edib, dahi şəxsiyyətin əziz xatirəsi ilə bağlı səmimi fikirlərini bölüşüblər.

Rumıniya 

Azərbaycanın Rumıniyadakı səfirli­yində Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Rumıniya hökumətinin rəs­mi şəxsləri, akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Ulu öndərin Azərbaycan­da dövlətçiliyin möhkəmləndirilməsi, regionda və beynəlxalq aləmdə ölkəmi­zin mövqeyinin möhkəmləndirilməsi is­tiqamətində gördüyü işlərdən bəhs edilib. 

Daha sonra Buxarest şəhərinin “Tey” parkında yerləşən Heydər Əliyevin büstü önündə xatirəsi anılıb.

Ukrayna

Ümummilli lider Heydər Əliyevin və­fatının 20-ci ildönümü ilə əlaqədar Ulu öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulma­sında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. 

Sonra Ukrayna Müsəlmanları Dini İdarəsində anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.

 

Hazırladı:
İ.HƏSƏNQALA,
Q.KƏNGƏRLİ,
N.MƏMMƏDZADƏ

















Sosial həyat