Bölgələrdə Ulu öndərin xatirəsinə sonsuz ehtiram

post-img

NAXÇIVAN

Dünən Naxçıvan Muxtar Respublika­sında Ümummilli lider Heydər Əliyevin anım günü dərin hüznlə, xalqımızın dahi oğlunun xatirəsinə sonsuz sevgi duyğu­ları ilə qeyd edilib.

Azərbaycan Respublikası Preziden­tinin səlahiyyətli nümayəndəsi Fuad Nə­cəfli, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, muxtar respublika ictimaiyyətinin təm­silçiləri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qo­yub, Ulu öndərin xatirəsini dərin ehtiram­la yad ediblər.

Həmin gün Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Televi­ziyasının hazırladığı “Ömrün Naxçıvan aşırımları” filminə baxış olub. Nadir kadrlar və şahidlərin müsahibələri əsa­sında hazırlanan sənədli ekran əsəri dahi rəhbərin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü, Azərbaycanın gələcək inkişafı naminə göstərdiyi misilsiz xid­mətlər barədə əhatəli təəssürat yaradıb. 

GƏNCƏ

Gəncədə keçirilən tədbirdə şəhərin rəhbərliyi, ictimaiyyət nümayəndələri Ümummilli liderin Heydər Əliyev Mey­danında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiram­larını bildiriblər. 

Ulu öndərin Gəncənin Heydər Əliyev Mərkəzində ucaldılan abidəsi də ziyarət olunub. Gün ərzində minlərlə şəhər sa­kini müstəqil Azəırbaycanın memarı və qurucusuna ehtiramını bildirib, abidəsi önünə gül dəstələri qoyub. Eyni zaman­da, Heydər Əliyev Meydanında quraşdı­rılan böyük monitorda Ulu öndərin hə­yatından bəhs edən videoçarx nümayiş olunub. 

SUMQAYIT 

Gənclik şəhərində anım mərasiminin iştirakçıları Heydər Əliyevin abidəsini ziyarətdən sonra Ulu öndərin adını da­şıyan Mərkəzdə dünya şöhrətli şəxsiy­yətin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub və sənədli filmi izləyiblər.

Vurğulanıb ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə 16 dəfə Sumqa­yıta səfər edib. Bu səfərlər Ulu Öndə­rin Sumqayıta və sumqayıtlılara böyük diqqətinin təzahürü olub, şəhərin inkişa­fında böyük rol oynayıb. 

Bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsin­də şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi əvvəlki şöhrətini yenidən bərpa edib. Sumqayı­tın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları re­allığa çevrilir. 

MİNGƏÇEVİR 

Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə dünən Mingəçevirdə də anım mərasimi keçirilib. 

Şəhərin rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, Ulu öndərin şəhərdə ucaldılan abidələri önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Unudulmaz dahi şəxsiyyətin xalq və döv­lət qarşısında xidmətləri xatırlanıb.

ŞİRVAN

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilat­çılığı ilə ehsan süfrəsi açılıb.

Şəhər rəhbərliyinin, ictimaiyyət nü­mayəndələrinin iştirak etdiyi tədbirdə Ulu öndər Heydər Əliyevin və respublikamı­zın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Ulu öndərin xalqımız qarşısında müstəs­na xidmətlərindən danışılıb. Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbin şagirdləriisə ədəbi-bədii kom­pozisiya ilə çıxış ediblər.

LƏNKƏRAN

Lənkəranda müasir Azərbaycan döv­lətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anım gününün 20-ci ildönümü dahi rəhbərin ruhuna böyük ehtiramla qeyd olunub. 

Şəhər rəhbərliyi, ictimaiyyətin müxtə­lif təbəqələrinin nümayəndələri Ulu ön­dərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, sevgi və sayğılarını ifa­də ediblər. Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli liderin adı­nı daşıyan muzeyi ziyarət olunub. Lənkə­ran Dövlət Dram Teatrında şair-drama­turq Qəşəm Nəcəfzadənin ulu öndərin xatirəsinə həsr etdiyi “İki iyirmi üç ara­sında” əsəri əsasında eyniadlı tamaşaya baxılıb. Anım tədbirləri silsilə şəklində gün ərzində davam etdirilib. 

QUBA

Böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönü­mü ilə əlaqədar Quba şəhərində onun adını daşıyan mədəniyyət və istirahət parkındakı möhtəşəm abidəsi ziyarət edilib. Sonra Heydər Əliyev Mərkəzində “Əbədiyaşar Lider” mövzusunda təd­bir təşkil olunub. Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə geniş nəzər salıb, xalq və dövlət qarşısında xidmətlərini qeyd edib­lər. Daha sonra tədbirdə “Azərbaycanın memarı” filmi nümayiş etdirilib. 

ŞƏMKİR

Rayon rəsmiləri, idarə, təşkilat və müəssisə kollektivləri əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyevin Şəmkir şəhəri­nin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Mərasimdə Heydər Əliyevin Azər­baycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəf­li tərəqqisi uğrunda gördüyü işlərdən ət­raflı bəhs edilib. Bildirilib ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.

ZAQATALA 

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində oldu­ğu kimi, Zaqatala rayonunda da dərin hörmət və ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində “Zəfərləri­mizin banisi – Heydər Əliyev” mövzu­sunda elmi-praktik konfrans keçirilib və Ulu öndərə həsr olunmuş film nümayiş etdirilib.

Ulu öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri gün ərzində davam edib. İctimaiyyət nümayəndələri Heydər Parkına gələrək, ölməz rəhbərin ruhuna tükənməz sayğılarla onun abidəsi önünə gül-çiçək düzüblər. 

AĞSTAFA

Ağstafada “Heydər Əliyev qəlbləri­mizdə əbədi yaşayacaq” mövzusunda ümumrayon mərasimi keçirilib. 

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Ulu öndərin abidə­sini ziyarət edib, önünə gül dəstələri dü­züblər. Sonra Mərkəzin foyesində dahi liderin zəngin və mənalı ömür yolundan, Vətən, xalq qarşısındakı misilsiz xidmət­lərindən bəhs edən filmə və ekspozisiya zalındakı tarixi fotolara tamaşa olunub.

MASALLI

Dünən səhər saatlarından başlaya­raq Masallı şəhərindəki Heydər Əliyev Parkında Azərbaycan Xalqının Ümum­milli lideri Heydər Əliyev ehtiramla anılıb.

Mərasimdə rayon rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi vete­ranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər dahi rəhbərin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar.

GÖYÇAY 

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günü Göyçay rayonunda dərin hörmət və ehtiramla anılıb. Ulu ön­dərin şəhərin mərkəzində ucalan abidə­si ziyarət edilib, xatirəsinə dərin ehtiram ifadə olunub.

Bildirilib ki, qalib Azərbaycanın bu­günkü qüdrəti və inkişafı Heydər Əliyevin sarsılmaz polad iradəsi, qətiyyətli fəda­kar əməyi, düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Bu siyasə­ti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin şanlı və qürurverici səhifəsi olan Vətən müharibəsi zamanı tarixi Zəfər qazanma­ğımız buna əyani sübutdur. 

SAMUX 

Samuxda da müasir Azərbaycan döv­lətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə­sinə həsr olunmuş anım mərasimində rayon ictimaiyyəti nümayəndələri ölməz rəhbəri dərin ehtiramla yad ediblər.

Ulu öndər Heydər Əliyevin Heydər Parkında ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb və əziz xa­tirəsi ehtiramla yad edilib.

GƏDƏBƏY

Müstəqil Azərbaycan dövlətinin qu­rucusu, görkəmli siyasi və dövlət xadi­mi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Gədəbəydə də ümumrayon tədbiri keçirilib. 

Rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

GÖYGÖL

Anım Günü rayonda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş növbəti ağacəkmə aksiyası təşkil olunub. 

İməcilikdə idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri ilə bərabər, qazilər, şəhid ailələr və gənc kö­nüllülər iştirak ediblər. Rayonun Üçtəpə kəndi ərazisində təşkil edilmiş aksiyada 3 mindən çox müxtəlif növ ağac əkilib və damcılı suvarma sistemi quraşdırılıb.

BALAKƏN 

Rayon Mədəniyyət Mərkəzində ke­çirilən anım günündə Ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, xalqımız qarşısındakı xidmətlərinə həsr olunan film nümayiş et­dirilib, məruzə dinlənilib.

Mərasim rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə da­vam etdirilib.

QAX

Ümummilli lider Heydər Əliyevin və­fatının 20-ci ildönümü Qax rayonunda da böyük ehtiramla anılıb. 

Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatların təmsilçiləri Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiram­la yad ediblər. Sonra rayonun Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” mövzusunda elmi-praktik konfrans keçirilib. Ardınca Ulu öndərin örnək hə­yat və fəaliyyətinə həsr olunmuş video­lent nümayiş olunub.

Ulu öndər Heydər Əliyevin anım gü­nündə ölkənin digər şəhər və rayonla­rında da müxtəlif mərasimlər keçirilib, müstəqil dövlətimizin banisinin ölməz xatirəsinə ümumxalq ehtiramı sərgilənib.

LAÇIN

İşğaldan azad edilmiş Laçında Ümummilli lider Heydər Əliyevin xatirə­si anılıb. “Lacinema” Kino Mərkəzində H.Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycandır!” sənədli filminin təqdimatı keçirilib. 

Mərasimdə 31 il davam edən işğaldan sonra doğma yurd-yuvalarına qayıtmış sakinlər böyük siyasətçinin zamanı qa­baqlayan dühasından söz açılıb. Ölkənin ən çətin günlərində, öz Vətənində köçkün kimi yaşamaq məcburiyyətində qalmış laçınlılarla görüşdə H.Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin gerçəkləşdiyi vurğulanıb. Bildirilib ki, Qarabağ mühari­bəsində, Ali Baş Komandanın iradəsi ilə Müzəffər Ordumuzun qazandığı parlaq qalibiyyətdən sonra, çox qısa müddət ər­zində quruculuq sahəsində atılan addım­lar daha bir Zəfər salnaməsi sayıla bilər. 

 

Tahir AYDINOĞLU,
Əli NƏCƏFXANLI,
Hamlet QASIMOV,
İlqar HƏSƏNOV
XQ















Sosial həyat