AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin şöbə müdiri, şair Sərraf Talıbın dünya ədəbiyyatından etdiyi tərcümələrindən ibarət “Sonuncu sağlıq” adlı kitabı işıq üzü görüb.
Kitabın redaktoru və “Ön söz”ünün müəllifi tanınmış yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlıdır. Topluya dünyanın görkəmli yazıçı və şairlərindən Anna Axmatova, Boris Pasternak, İosif Brodski, Qabriel Qarsiya Markes, Aqata Kristi, Uilyam Folkner, Çingiz Aytmatov, Nodar Dumbadze, Tatyana Tolstaya, Odisseas Elitis, Nadin Qordimer, Çarlz Bukovski, Tomas Elliot, Ezra Lumis Paund, Emili Dikinson və Ay Tsinin şeir və nəsr əsərləri daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda hər müəllifin yığcam tərcümeyi-halı da təqdim olunub.
Qeyd edək ki, sözügedən kitab şair, tərcüməçi, publisist Sərraf Talıbın son 3 ildə nəşr olunan sayca 3-cü kitabıdır.
Ə.ƏLİYEV
XQ