ASAN könüllüləri səhnədə

post-img

“ASAN Könüllüləri”nin təşkilatçılı­ğı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “ASAN Teatr III” layihəsi baş tutub.

Bu barədə “ASAN xidmət”dən mətbu­ata verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində 4 tamaşa səh­nələşdirilib.

Tamaşalarda yazıçılarımız Sabit Rəh­manın “Xoşbəxtlər”, Mirzə Fətəli Axundza­dənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” və Üzeyir Hacıbəylinin “Ar­şın mal alan” əsərləri səhnələşdirilib. Səh­nə işlərində 30 ASAN könüllüsü və Azər­baycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 10 tələbəsi iştirak edib.

XQ

Mədəniyyət