İncə ruhlu xanımların axşamı

post-img

Beynəlxalq Muğam Mərkəzində (BMM) əlvan bir çələng halında təqdim olunan “İncə sənət” adlı proqramda şair, nasir, musiqiçi və rəssam qadınların yaradıcılıq nümunələri təqdim olunub. 

Qonaqlar əvvəlcə BMM-nin fo­yesində istedadlı rəssam Mehriban Şəmsədinskayanın daxili aləminin rən­garəngliyini, ecazkarlığını əks etdirən əsərləri ilə tanış olublar. Sonra şeir, mu­siqi hekayətlərinə meydan verilib. P.İ.Çay­kovski adına Moskva Dövlət Konservato­riyasının məzunu Nazxanım Dadaşova (piano), Əməkdar artist Ceyla Seyidova (skripka), YARAT Müasir İncəsənət Mə­kanını təmsil edən söz ustası Ülviyyə Axundova duyğu və düşüncələrini bölü­şüblər. 

Yüksək vokal diapazonu – soprano səsli Nigar Cəfərova, Elnarə Məmmə­dova və Gülsüm Xəlilova fərqli ifaları ilə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini təqdim edərək seyrçilərə unu­dulmaz anlar bəxş ediblər. 

XQ

Mədəniyyət