Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib -VİDEO

post-img

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilib.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 21 min tondan çox taxıl daşınıb. Bu həcmdə yük ümumilikdə 302 vaqonla daşınaraq təyinat məntəqəsinə çatdırılıb.

Bununla yanaşı, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb ki, bu da 9 vaqon vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb. (AZƏRTAC)


@xalqqazeti Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib #xeber #kesfet #iran #kəşfet #azerbaijan #rusiya #vaqon #taxıl #ermenistan ♬ оригинальный звук - xalqqazeti

Son xəbərlər