Yeni media məkanının təhsil və məşğulluq çağırışları

post-img

Dünən Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Yeni media mühitində təhsil və məşğulluq imkanları” – “MEDİAlab” layihəsinin hesabat konfransı keçirilib.

Açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsma­yılov dünyada rəqəmsal texnologiyaya sürətli keçid şəraitində media məkanın­da da yeni bilik və bacarıqlara yiyələnən kadrların hazırlanmasının zəruriliyini söy­ləyib. O qeyd edib ki, bu məqsədlə ger­çəkləşdirilən MEDİAlab layihənin əsas məqsədi təhsil prosesində ənənəvi medi­anın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, bu sahədə kadr potensi­alının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəa­liyyət və əməkdaşlığın genişləndirilməsi­dir. Bu layihəyə tərəfdaş universitetlərin 1000-ə yaxın tələbəsi cəlb edilib. Bu gün imzalanan Çoxtərəfli Əməkdaşlıq Memo­randumu isə başlanmış prosesin dəstək­lənməsi və ümumi yanaşmanın uyğunluq göstəricisidir.

Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, bu gün media ölkənin inkişafında, cəmiyyət­lə dövlətin ortaq fəaliyyətində çox ciddi təsisata çevrilib. Texnologiyanın, sosial kommunikasiyanın inkişafı isə bu proses­də medianı yeni müstəviyə çıxarıb. Belə bir şəraitdə media sahəsində yeni çağı­rışları cavablandırmağı bacaran kadrların hazırlanması və məşğulluğunun təmin edilməsi fərqli tələblər irəli sürüb. “MEDİ­Alab” layihəsi məhz bu hədəfə yönəlmiş uğurlu başlanğıcdır.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Ləman İsgəndərova layihə haqqın­da ətraflı məlumat verərək, onun gənclə­rin yaradıcı düşüncəsini inkişaf etdirmək, müasir media çağırışlarına uyğun yeni ideyalar formalaşdırmaq üçün əlverişli mühit yaratmağa xidmət etdiyini söyləyib.

Sonra “MEDİAlab” layihəsi çərçivə­sində keçirilən tədbirləri əks etdirən vide­oçarx nümayiş etdirilib. Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kre­ativ Media – Bakı” mövzusunda keçirilən müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-yə yaxın gəncə mükafatlar ve­rilib.

Sonda layihənin tərəfdaşları olan ali təhsil müəssisələrinin əlaqələndirici şəxs­lərinə fəal iştiraklarına görə təşəkkür­namələr təqdim olunub.

 

T.RÜSTƏMLİ
XQ

Sosial həyat