Bakı metrosunda nasazlıq

post-img

Bu gün səhər saatlarında "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.

Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat