ABŞ Senatı dekabrın 4-də Ukrayna və İsrailə yardım müraciətinə baxa bilər

post-img

ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çak Şumer dekabrın 4-də Ağ Evin 106 milyard dollarlıq əlavə maliyyə tələbinə səs vermək niyyətindədir. Söhbət Ukraynaya, İsrailə, Tayvana yardım, həmçinin ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi üçün vəsait ayrılmasından gedir. Cənab Şumerin partiya yoldaşlarına yazdığı məktubunda səsvermə planları əksini tapıb, onlardan çıxarışlar "Politico" tərəfindən göstərilib.

Məktubda deyilir: “Hər iki tərəfin dəstəkləyə biləcəyi məqbul, real razılaşmaya nail olmaq üçün bizə ikitərəfli əməkdaşlığa və güzəştə ehtiyacımız var”. Cənab Şumer qeyd edib ki, yaxın vaxtlarda Senatda Ukrayna ilə bağlı qapalı brifinq keçiriləcək. Orada bütün senatorlar iştirak edə bilərlər. O hesab edir ki, qanun layihəsinin qəbulu “ən vacib vəzifələrdən biridir”.

Oktyabr ayında Ağ Ev Konqresdən 106 milyard dollar əlavə maliyyə istəyib ki, bunun da 61 milyard dollarının Ukraynaya yardım üçün istifadə olunması təklif edilir. Nümayəndələr Palatası bu paketlə razılaşa bilmir, çünki respublikaçılar məsələlərə tək həll yolu kimi deyil, ayrıca baxmağı təklif edirlər.

XQ

 

Dünya