Azərbaycanın din xadimləri Buxarada

post-img

Buxara şəhərində “Qədim Buxaranın İslam Sivilizasiyasında yeri” adlı konfransda Azərbaycanın din xadimləri də iştirak ediblər.

Buxara şəhərindəki məşhur Mir Ərəb mədrəsəsinin 500 illiyi münasibəti ilə “Qədim Buxaranın İslam Sivilizasiyasında yeri” adlı konfrans keçirilib.

Tədbirdə vaxtilə dünyanın müxtəlif ölkələrindən gəlib Mir Ərəb məsrəsəsində təhsil alan din xadimləri, 20-dən artıq ölkənin teoloq alimləri, jurnalistlər iştirak edib. 

Ölkəmizdən bu konfransa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. 

Tədbiri Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Xaliknazar açaraq konfrans iştirakçılarını salamlayıb, Mir Ərəb mədrəsəsinnin İslamın inkişafındakı rolundan danışıb. O deyib ki, 500 il ərzində bu məşhur mədrəsədə minlərlə din xadimi təhsil alıb və dünyanın müxtəlif ölkələrində öz fəaliyyətlərini davam etdiribər.

Sonra Misir Ərəb Respublikasının müftisi Şeyx Şavki Allam, Dünya Müsəlıman Alimləri İttifaqının Baş katibi Şeyx Əli Muxyiddin Əl-Qaradaği, Qazaxıstan Müsəlmanları İdarəsinin sədri, Ali müfti Şeyx Naurızbay kajı Taqanulı və başqaları çıxış edərək qədim Buxaranın və Mir Ərəb mədrəsəsinin İslam sivilizasiyasındakı yerindən və mövqeyindən danışıblar. 

Sonra konfransda Rusiya Müsəlmanları İdarəsinin sədri Şeyx Ravil Qaynutdinin videomüraciəti verilib. 

Şeyx Allahşükür Paşazadə öz çıxışında deyib:”Mən Özbəkistanı ikinci Vətənim kimi sevirəm. 53 il əvvəl məşhur mədəniyyət  və din mərkəzi olan Mir Ərəb mədrəsəsində təhsil almışam. Müqəddəs dinimiz İslamın elmi əsaslarını öyrənməyimdə bu təhsil ocağının böyük rolu olub. Özbəkistan torpağında İmam Buxari, İbn Sina, Biruni, Termezi, Maturudi, Əl-Xarəzmi, Fərabi, Əmir Teymur, Mirzə Uluğbəy, Əlişir Nəvai, Babur, Nəqşibəndi və digər dühalar yetişib və onların irsinin qorunması və dünyada tanınması üçün bu gün ölkədə böyük işlər görülür”. 

A.Paşazadə öz çıxışında ölkələrimiz  arasındakı münasibətlərin inkişafından da danışıb. 

Konfransən bölmələr üzrə keçirilən iclaslarında Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev çıxış edib. 

Tədbirdə Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilov iştirak edib. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Buxara





Mədəniyyət