Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 2023-cü il noyabrın 24-də Qubada yerləşən Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Quba və Qusar rayonları sakinlərinin qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 2023-cü il noyabrın 23-də Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.