İranın Ləngərud məntəqəsində narkoloji dispanserdə kütləvi ölümlə nəticələnən yanğın baş verib. Bu fakt ölkədə narkomanlar arasında kütləvi ölüm hallarından yalnız biridir.
İctimai qınaqlardan, narkomaniyanın çiçəklənməsindən yazan kütləvi informasiya vasitələri faktları aramla təqdim etməklə tədriciliyə üstünlük verirlər. Ölkənin “Həmmihən” qəzeti isə qaydalardan ara-sıra çıxır. Bu dəfə mətbu orqan Ləngərudda narkoloji dispanserdə 32 nəfərin ölümünə səbəb hallardan yazarkən cəmiyyəti və hakimiyyəti baş verənlərdə daha sərt qınayıb.
Qəzet bunu tənqid rubrikası ilə təqdim edib. Kiçik mətndə yazılanlar yalnız tənqiddirmi? “Həmmihən” qəzeti Ləngəruddakı narkoloji dispanserdə 32 narkomanın ölümünə cəmiyyətin və hakimiyyətin lazımi reaksiya verməməsini tənqid edərək yazır: “Ölkəmizdə narkomaniya qara neft kimidir, pis qoxuludur. Amma müalicə edən, dispanser, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəbəkə, satıcı, çatdırıcı və digərləri ondan çoxlu qazanc əldə edirlər. Narkomanlar onlar üçün neft quyusu kimidir. Hətta yandıqları vaxt da daha çox pul qazanan dəstəyə xeyir verirlər”.
R.HÜSEYNLI