Sumqayıt və Kazan universitetlərinin dostluğu

post-img

Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov Kazan Dövlət Energetika Universitetinin 55 illik təntənəli yubiley mərasimində iştirak edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazan Dövlət Energetika Universitetinin rektoru Edvard Abdullazyanovla görüşüb. Görüşdə iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirə aparılıb, o cümlədən tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqatların həyata keçirilməsi, müştərək praktik-innovativ laboratoriyaların qurulması, yeni məzmun hazırlığı istiqamətində müxtəlif məsələlərə diqqət yetirilib, həmçinin 2024-cü il üçün dəqiq birgə fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib.

Daha sonra nümayəndə heyəti sürücüsüz elektromobillərin və dronların tədqiqi, elektrik və energetika sahəsində bacarıqların əldə olunması, eləcə də tətbiq edilən qabaqcıl təcrübə və yanaşmalarla bağlı Kazan Dövlət Energetika Universitetinin mühəndislik laboratoriyalarında, innovasiya mərkəzlərində və kafedralarında yeni texnoloji proseslərlə yaxından tanış olublar.

XQ

 



Sosial həyat